-
- 24-04-2020, 18:35
- 703
Azərbaycanda televiziya industriyasının inkişafına dair SƏNƏD İMZALANDI
Azərbaycanda ümumölkə televiziya kanalları televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün anlaşma sənədini imzalayıb.
Bu barədə News24.az-a Milli Televiziya və Radio Şurasından məlumat verilib.
Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən 9 media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün anlaşma sənədi imzalayıblar.
Ümumrespublika televiziya kanallarının rəhbərləri tərəfindən imzalanmış razılaşma Milli Televiziya və Radio Şurası tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlanğıcının işarəsi kimi qəbul edilib.
Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaqdır.
2020 – 2021-ci illərdə Azərbaycanda televiziya industriyasının inkişafına yönəlmiş fəaliyyətin həyata keçirilməsi üçün anlaşma
Tərəflər bu Anlaşma sənədi ilə Azərbaycan televiziya industriyasının əsas problemlərini belə müəyyən edirlər:
- Teleradio sahəsini tənzimləyən qanunvericilik aktlarında çoxlu sayda çatışmazlıqların, qeyri-dəqiqliklərin, köhnəlmiş və ya təkrarlanan, həmçinin, qeyri-müəyyən təfsirə malik bənd və anlayışların mövcudluğu;
- Ölkənin ümumi inkişaf səviyyəsinə uyğun olmayan, teleradio yayımçılarına maliyyə vəsaiti cəlb edərək rəqabətə davamlı məzmun (kontent) istehsalına imkan verməyən zəif reklam bazarının olması;
- Milli Televiziya və Radio Şurası (MTRŞ), kanallar, teleradio sahəsinə aid digər dövlət strukturları arasında fəaliyyətin koordinasiyasının lazımi səviyyədə təşkil olunmaması, televiziya kanallarının fəaliyyətində özünütənzimləmə mexanizmlərinin olmaması.
Yuxarıda qeyd olunan problemlərin koordinasiyalı həllinə hazır olduqlarını bildirərək, bu Anlaşma sənədi ilə tərəflər yaxın müddət ərzində fəaliyyətin əsas istiqamətlərini belə təsdiq edirlər:
- Qanunvericilik xarakterli problemlərin detallı analizinin aparılması, tələb olunan dəyişikliklərin siyahısının hazırlanması, Azərbaycan Respublikasının qanunverici orqanının müzakirəsinə təqdim olunmasını həyata keçirmək.
- Özünütənzimləmə mexanizmlərinin gücləndirilməsi və MTRŞ-nın fəaliyyətinə dəstək verilməsi çərçivəsində, bu anlaşma sənədini imzalamış bütün televiziya kanalları tərəfindən mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün əlavə səy göstərmək.
- MTRŞ-dan qısa müddət ərzində icra və qanunvericilik hakimiyyət orqanları, beynəlxalq ekspertlər, reklam agentlikləri, audiovizual kontent istehsalçıları ilə məsləhətləşmələr əsasında Azərbaycan Respublikasında teleradio yayımının tənzimlənməsinin inkişaf Konsepsiyasının hazırlanmasını, onun ilkin olaraq ümümölkə yayımçılarının müzakirəsinə təqdim olunmasını, həmçinin, onların rəyləri və təklifləri əsasında müvafiq hakimiyyət orqanlarının müzakirəsinə təqdim olunmasını xahiş etmək.
- Televiziya industriyasında mövcud olan, həm də onun ayrı-ayrı subyeklərinin problemlərinin analizi məqsədilə tərəflər könüllü olaraq MTRŞ-a televiziya kanallarının maddi-texniki vəziyyəti barədə açıq və tam təfsilatlı məlumatları təqdim etməyi öhdələrinə götürürlər ki, MTRŞ bu analiz nəticəsində televiziya kanallarına operativ dəstək təkliflərini hazırlaya bilsin.
- Tərəflər MTRŞ-a təqdim olunması üçün televiziya industriyasının inkişafına yönəlmiş qanunvericilik səviyyəsində olmayan təkliflər paketini hazırlamağı öhdəsinə götürürlər.
Tərəflər MTRŞ-dan imzalanan bu Anlaşma sənədinin əslinin (orijinalının) saxlanılmasını və dərc olunmasını xahiş edir.
İmzalayan Tərəflər:
1 - AzTV, Mədəniyyət TV, İdman TV kanalları adından “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov
2 - İTV kanalı adından İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov
3 - Space TV kanalı adından “Space” Müstəqil Teleradio Şirkətinin Prezidenti Vaqif Mustafayev
4 - Lider TV kanalı adından “Lider TV & Radio Azerbaijan” MMC-nin Prezidenti Ədalət Əliyev
5 - ATV kanalı adından “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının Prezidenti Azər Xəlilov
6 - Xəzər TV kanalı adından “Xəzər TV” MMC-nin Baş direktoru Murad Dadaşov
7 - ARB və ARB-24 kanalları adından “ARB24” MMC-nin Baş direktoru Radik İsmayılov
8 - CBC Sport kanalı adından “CBC Sport” MMC-nin Baş direktoru Volkan Üst
9 - Real TV kanalı adından “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin Baş direktoru Mirşahin Ağayev