MTRŞ-a yeni sədr seçildi
    • 6-04-2020, 17:59
    • 1 040

MTRŞ-a yeni sədr seçildi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan News24.az -a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov MTRŞ-nın sədri seçilib.