» » Facebook-dan subaylar üçün möhtəşəm yenilik: Evlilər baxmasın

Xəbər lenti / Sosial / Gündəm

Facebook-dan subaylar üçün möhtəşəm yenilik: Evlilər baxmasın

Facebook-dan subaylar üçün möhtəşəm yenilik: Evlilər baxmasın


Xidmət yalnız 18 yaşından böyüklər üçün açıq olacaq

Facebook Kolumbiyada öz yeni tanışlıq xidmətini istifadəyə verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, yeni Facebook Dating xidməti haqqında Mark Zukerberq may ayında məlumat vermişdi.

O, qeyd etmişdi ki, bu xidmət eyni yöndə fəaliyyət göstərən rəqiblərindən uzun müddətli münasibətlər üçün nəzərdə tutulması ilə fərqlənir. Xidmətə giriş evlilər və münasibəti olanlar üçün bağlı olacaq.

Məlumata görə, Facebook Dating İOS və Androidlər üçün tətbiq ediləcək. Xidmət yalnız 18 yaşından böyüklər üçün açıq olacaq. Xidmətə qoşulmaq istəyənlər xüsusi hesab açaraq oraya foto və özləri haqqında məlumat yazmalı olacaq. Facebook Dating Tinder proqramından fərqli olaraq 100 kilometrlikdə olan uyğun insanları bir-biri ilə qovuşduracaq. Xidmət hələlik pulsuz olacaq.

Eyni zamanda, Facebook Dating-də xüsusi çat da yaradılacaq. Çatda mətn mesajları ilə yanaşı emojilər də göndərmək mümkün olacaq. İstifadəçi gün ərzində 100 nəfərdən çox olmamaq şərti ilə istənilən istifadəçiyə yaza bilər.

Fotolar:

Oxşar xəbərlər


BİZƏ QOŞULUN


Яндекс.Метрика

ƏMƏKDAŞLARIMIZ