Azərbaycanda dəhşətli hadisə - Meyiti yanan
    • 26-04-2020, 10:13
    • 1 054

Azərbaycanda dəhşətli hadisə - Meyiti yanan "BMW"-nin içində aşkarlandı

Kürdəmir rayonunun Xırdapay kəndində "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.