Kürdəmirdə güclü yanğın - ÖLƏN VAR
    • 29-05-2019, 17:43
    • 951

Kürdəmirdə güclü yanğın - ÖLƏN VAR

Kürdəmir rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

News24.az
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1978-ci il təvəllüdlü Əliyev Namiq Rafiq oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.