28 minə yaxın yoluxma, 872 ölüm - HİNDİSTANDA
    • 27-04-2020, 09:27
    • 680

28 minə yaxın yoluxma, 872 ölüm - HİNDİSTANDA

Hindistanda gün ərzində koronavirusa yoluxanların sayı 870 nəfərdən çox artaraq 27,892-yə çatıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, 19 868 xəstə müalicə altındadır. Bu günə qədər koronavirusdan 6185 nəfər sağalıb, 872 insan isə ölüb.