Bakıda evdən 3 min manatlıq OĞURLUQ EDİLDİ
    • 27-04-2020, 12:12
    • 569

Bakıda evdən 3 min manatlıq OĞURLUQ EDİLDİ

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədəNews24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də rayon ərazisindəki evlərin birindən 3 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri F.Abbasov, Z.Əhmədov və T.Qarayev saxlanılıb.