İki evdən 16 min manatlıq OĞURLUQ EDİLDİ
    • 20-01-2020, 17:42
    • 1 016

İki evdən 16 min manatlıq OĞURLUQ EDİLDİ

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3800 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Muradov saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bundan başqa, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 12.520 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Abbasov saxlanılıb.