Yolu keçən piyadanı avtomobil vuraraq ÖLDÜRDÜ
    • 27-04-2020, 12:38
    • 747

Yolu keçən piyadanı avtomobil vuraraq ÖLDÜRDÜ

Aprelin 26-da saat 3 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Fərəcov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.