Türkiyə otelləri isveç masasından İMTİNA EDİR
    • 27-04-2020, 14:39
    • 987

Türkiyə otelləri isveç masasından İMTİNA EDİR

Türkiyədəki otellər koronavirus epidemiyasının sonra isveç masasından imtina edəcəklər. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy məlumat verib. Bildirilib ki, bu addım turistlərin epidemioloji təhlükəsizliyini təmin etmək üçün atılıb.

Onun sözlərinə görə, ölkədə daxili turizm bərpa olunduqdan sonra isveç masası əvəzinə otel qonaqlarına hərtərəfli kompleks menyu təklif ediləcək.

Ölkədə otel biznesinin bərpa edilməsi tədricən baş verəcək.