"Dərslər bərpa olunduqdan sonra bu məsələlər ciddi müzakirə olunacaq"- NAZİR
    • 27-04-2020, 18:35
    • 687

"Dərslər bərpa olunduqdan sonra bu məsələlər ciddi müzakirə olunacaq"- NAZİR

"Dərslər bərpa olunduqda məktəblərdə sanitar qaydalar, şagirdlərin sıxlığı kimi məsələlər ciddi şəkildə səhiyyə işçiləri ilə müzakirə olunacaq”.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, səhiyyə nümayəndələrinin tövsiyələri nəzərə alınacaq: “Bəli, bizim məktəblərdə şagird sıxlığı problemi var. Mən düşünürəm ki, məktəblərlə bağlı xüsusi yanaşma olarsa, buna riayət olunacaq”.