Təhsil nazirindən Azərbaycanda məktəblərin nə zaman açılacağı ilə bağlı AÇIQLAMA
    • 27-04-2020, 18:02
    • 826

Təhsil nazirindən Azərbaycanda məktəblərin nə zaman açılacağı ilə bağlı AÇIQLAMA

“Konkret hansı tarixdə məktəblərin açılmasına cavab verilə bilməz. Mövcud vəziyyətə uyğun olaraq addım atılacaq. Tədricən yumşaldıcı tədbirlərə başlamışıq. Mövcud vəziyyət təhlil edilərək tədris prosesinin bərpa olunması üçün müvafiq addımlar atılacaq".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir bildirib ki, yumşaldılma tədbirləri barədə qərarlar qəbul olunan zaman təhsil sektoru ilklərdən ola bilməz: "Növbəti mərhələdə bunlar müzakirə oluna bilər. Şagirdlərin dərs proqramından geri qalmaması üçün tədbirlər davam etdiriləcək. Ehtiyac olarsa, növbəti aylarda onlayn rejimdə dəstəkləyici vasitələrlə geri qalmalarının qarşısı alınacaq".