"Formula-1" üzrə Azərbaycan Qran-Prisinin TARİXİ AÇIQLANDI
    • 28-04-2020, 13:43
    • 1 212

"Formula-1" üzrə Azərbaycan Qran-Prisinin TARİXİ AÇIQLANDI

“Formula-1” üzrə dünya çempionatının mümkün təqvimi bəlli olub.

Almaniyanın “Bild” nəşrinə istinadən məlumatına görə, yarış 17 mərhələdən ibarət olacaq.

Bildirilir ki, Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçiriləcək. Bakıdakı yarış çempionatın 7-ci mərhələsi olacaq.

İyulun 5-də Avstriyada başlayacaq yarış dekabrda BƏƏ-nin paytaxtı Abu-Dabidə yekunlaşacaq. Avstriya və Böyük Britaniya kimi Macarıstanda da iki mərhələ təşkil olunacaq.

“Bild”in açıqladığı təqvim
1-2. Avstriya – 5 və 12 iyul 
3-4. Böyük Britaniya – 26 iyul və 2 avqust
5-6. Macarıstan – 16 və 23 avqust
7. Azərbaycan – 6 sentyabr
8. Sinqapur – 20 sentyabr
9. Rusiya – 27 sentyabr
10. Çin – 4 oktyabr
11. Yaponiya – 11 oktyabr
12. ABŞ – 25 oktyabr
13. Meksika – 1 noyabr
14. Braziliya – 8 noyabr
15. Vyetnam – 22 noyabr
16. Bəhreyn – 6 dekabr
17. BƏƏ – 13 dekabr

/Apa/