Bakıda 17 yaşlı oğlan BIÇAQLANDI
    • 29-04-2020, 21:26
    • 930

Bakıda 17 yaşlı oğlan BIÇAQLANDI

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə 9-cu mikrorayonda evdə qeydə alınıb.

2003-cü il təvəllüdlü Rəşidli Rəfael Tofiq oğlu yaşadığı mənzildə qohumu tərəfindən bıçaqlanıb. 

Yaralı qol nahiyəsinin və qarnın ön divarının kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. /APA/