"O sözləri hirsimdən demişəm" - TANINMIŞ MÜĞƏNNİ - VİDEO
    • 30-04-2020, 11:41
    • 1 034

"O sözləri hirsimdən demişəm" - TANINMIŞ MÜĞƏNNİ - VİDEO

Türkiyənin tanınmış müğənnisi Gülben Ergen jurnalist Jülide Ateşin 40 sualına cavab verib.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ergen həmin proqramda Mustafa Erdoğanın onu heç vaxt sevmədiyi haqda illər öncə mediaya verdiyi aşıqlamasına aydınlıq gətirib: "Boşanmanın səhəri gün məndə belə bir qənaət yaranmışdı və buna görə də müsahibəmdə belə demişdim. Səkkiz il ərzində sevilməmək mümkündürmü? Əlbəttə, yox. Amma üç uşaqla boşanmaq təbii ki, psixoloji baxımından çox çətindir. Bu qərarı almaq mənim üçün çox çətin idi. O, ifadələr əsəbimdən ağzımdan çıxıb. Təbii ki, Mustafa məni çox sevib, hətta indi o mənim ən yaxın dostum və qohumumdur. Uşaqlarımın atasıdır və mənim üçün çox dəyərlidir. Sadəcə, mən ona olan sevgimi daha çox bəlli edirdim (gülür).

Sevda Bayramova