Mustafa Ceceliyə embarqo qoyuldu - Eynicinsli münasibətlərə etirazına görə
    • 17-07-2018, 12:26
    • 1 187

Mustafa Ceceliyə embarqo qoyuldu - Eynicinsli münasibətlərə etirazına görə

Bir neçə gündür tanınmış türk müğənnisi Mustafa Cecelinin adı medianın dilindən düşmür. Keçmiş arvadı Çinem Gedikin məşhur xanım müğənni İntizarla intim görüntülərini yayımlayan Mustafa Ceceli öncə həmkarlarının tənqid hədəfinə çevrildi, sonra da bir çox nüfuzlu telekanalların "qara siyahısı"na düşdü.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni və yazıçı Onur Akay iddia edib ki, Mustafa Cecelinin adına embarqo qoyulub. "Radio D, Show Radio, Super Fm və Best FM kimi çox sayda milli radio ortaq qərar qəbul edərək play listlerinden Mustafa Cecelinin mahnılarını çıxarıb və Cecelinin çox sayda konserti də ləğv olunub”.

Bir gün öncə xanımının  intim videogörüntülərini övladının valideynlik hüququnu əldə etmək üçün yaydığını bildirən Ceceli, dünən axşam görüntüləri yaymadığna dair açıqlama verib.
 
 İlhamə