Gülben Ergen od püskürdü
    • 1-11-2018, 18:32
    • 822

Gülben Ergen od püskürdü

Aktyor sevgilisi Ahmet Kural tərəfindən döyülən müğənni Sılaya Türkiyənin əksər məşhurlarından dəstək gəldi. 

Onların sırasında Gülben Ergen, Demet Akalın, Mustafa Sandal, Ceren Hindistan, Ebru Polat, Çağla Şıkel, Tuğba Özerk, Hadise, Nazan Öncel, Deniz Akkaya və başqaları var. Məşhurlar sosial media hesablarından tənqidi rəylər yazaraq, kimi üzüldüyünü, kimi əsəb keçirtdiyini vurğulayıblar.
Rəylər arasında ən təsirlisi Gülben Ergeninki olub. O, Ahmet Kuralı qınayaraq, bunları yazıb: "Yıxa bilmədiyin qadın yıxılmır deyə, çox gözəl və bacarıqlıdır deyə şiddət tətbiq edən gücsüz kişi, o qadın sənin zəif şiddətinlə bir ömür boyu daha da güclənəcək, bunu bilirdinmi?! Layiq olmadığı qadın tərəfindən özünü əvəzolunmaz və dəyərli sayan kişilər, sizin digər adınız gücsülükdür"!