Rabitə naqillərini oğurlayan keçmiş məhkum TUTULDU - FOTO
    • 30-04-2020, 12:41
    • 785

Rabitə naqillərini oğurlayan keçmiş məhkum TUTULDU - FOTO

Sabunçu rayonu Balaxanı və Muxtarov qəsəbələrində rabitə naqillərini  gizli olaraq oğurlayan şəxs saxlanılıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini İlqar Səfərov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, o, ifadəsində törətdiyi cinayəti etiraf edərək qeyd edib ki, dəfələrlə qeyd edilən qəsəbələrin ərazisindən keçən rabitə naqillərini kəsib. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sabunçu Rayon Polis İdarəsinin müraciət edə bilərlər.