DİN XƏBƏRDARLIQ ETDİ:
    • 6-05-2019, 11:42
    • 818

DİN XƏBƏRDARLIQ ETDİ: "Onları tanıyan varsa..."

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir işlərinin aparıldığı Zabrat stansiyasının ərazisindən 5 metr hündürlükdən gedən mis tərkibli naqillərin oğurlanmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, ərazidə olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları naqilləri kəsərək oğurlamağa cəhd göstərən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Ələsgər Novruzov və Famil Qədirov saxlanılıb. Onların üzərlərinə baxış keçirilən zaman naqilləri kəsmək üçün istifadə etdikləri alətlərdə  maddi sübut kimi aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.  Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə  müraciət edə bilərlər.