15 mindən artıq azərbaycanlı  – vətənə gətirildi-XİN
    • 30-04-2020, 23:25
    • 794

15 mindən artıq azərbaycanlı – vətənə gətirildi-XİN

“Koronavirus pandemiyası ilə əlaqədar bu günə kimi xaricdə olan 15 mindən artıq azərbaycanlı Vətənə gətirilib. Bundan sonra da yerdə qalan vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün addımlar atılacaq”.

News24.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, “Evə gedirəm” portalı vasitəsilə qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, Rusiyada qalan azərbaycanlılar ölkəyə gətirilir: “İlkin mərhələdə 548 vətəndaşımız ölkəyə gətirildi. Növbəti mərhələdə də yerdə qalan şəxslərin ölkəyə gətirilməsi üçün işlər görülür”.