Dubayda qalan azərbaycanlılar VƏTƏNƏ QAYIDIR
    • 27-04-2020, 17:01
    • 823

Dubayda qalan azərbaycanlılar VƏTƏNƏ QAYIDIR

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qalan vətəndaşlarımızın aprelin 28-də ölkəyə qayıdaçağı göslənilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən News24.az-a bildirilib ki,  Koronavirus pandemiyası üzündən Dubaydan geri dönə bilməyən  75 azərbaycanlı kömək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib, martin 26-dan bu günə qədər Komitə onların otellərdə yerləşdirilməsini təmin edib və digər gündəlik iaşə xərclərini ödəyib. 

Əldə olunan məlumata görə  həmin soydaşlarımız aprelin 28-də ölkəyə qayıda biləcəklər.

Bir neçə gün əvvəl Komitənin xaricdə qalan vətəndaşlarımızla təşkil etdiyi videokonfransa Dubaydan qoşulan azərbaycanlılar onlara göstərilən münasibətdən olduqca razı qaldıqlarını ifadə edib və bildiriblər ki, qürbətdə olduğumuz müddətdə dövlətimizi  maddi və mənəvi olaraq yanımızda  hiss etdik. Soydaşlarımız buna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.