-
- 13-05-2020, 17:37
- 710
Hətta Afrikadan da ölkəmizə müraciətlər var - LEYLA ABDULLAYEVA
Bu gün koronavirus pandemiyası ilə mübarizədə əsas məsələ vətəndaşlarımızın xaricdən ölkəmizə gətirilməsi məsələsidir.
News24.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib: "Azərbaycanda karantin rejiminin davam etdiyi vaxtda həmyerlilərimizin ölkəyə təxliyəsi davam edir. Xarici İşlər Nazirliyi bu müddət ərzində işini xüsusi rejimdə davam etdirib. Həm nazirliyin, həm də diplomatik nümayəndəliklərin və səfirliklərin qaynar xətti 24 saat çalışıb. Səfirliklərimiz tərəfindən xaricdə olan vətəndaşlarımız haqqında məlumatlar toplandı və bu məlumatlar nazirliyə təqdim olunub. Bu günədək 20 minədək həmyerlimiz ölkəmizə gətirilib".
O bildirib ki, daxil olan zənglər təxliyə, minnətdarlıq, məlumat xarakterli olub: "May ayı ərzində Xarici İşlər Nazirliyinin qaynar xəttinə 664 zəng daxil olunub. Vətəndaşlarımız və onların yaxınları ilə birbaşa təmaslar saxlanılır.
ÜST-ün ekspertlərin tövsiyələrini nəzərə alaraq, xaricdə olan həmyerlilərimizdən olduqları ölkələrin karantin qaydalarına əməl etmələrini xahiş edirik".
O bildirib ki, təxliyə zamanı yaşlılar, azyaşlılar, qadınlara üstünlük verilib: "60-a yaxın ölkədə vətəndaşlarımız var. Ən çox Türkiyə, Rusiya və Avropa ölkələrində vətəndaşlarımız var. Lakin uzaq ölkələrdən Çili, Cənubi Afrika kimi ölkələrdən də müraciətlər var və onlar nəzərə alınıb".
Leyla Abdullayeva deyib ki, Xarici İşlər Nazirliyi tərəfindən "Diplomatiya Könüllüləri" qrupu fəaliyyət göstərir: "Könüllülərimiz xaricdə olan vətəndaşlarımıza sosial şəbəkələr vasitəsilə mesajlar ötürür. Bu qrup vasitəsilə diplomatik şəxslərlə onlayn mühazirlərlər təşkil olunur. Diplomatiya Könüllülərimiz könüllülük prinsipini nəzərə alaraq, eyni zamanda "Evdə qal, sağlam qal" çağırışını təbliğ edirlər" .
O qeyd edib ki, indi bizim vətəndaş borcumuzu yerinə yetirməyimiz və qaydalara riayət etməyimiz vacibdir.