Rusiya ordusunda koronavirusa 2 775 nəfər YOLUXUB
    • 1-05-2020, 01:07
    • 852

Rusiya ordusunda koronavirusa 2 775 nəfər YOLUXUB

Rusiya Federasiyasının Silahlı Qüvvələrində və hərbi təhsil müəssisələrində mart və aprel ayları ərzində koronavirus yoluxan insanların sayını açıqlayıb.

News24.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bülletenində yer alan məlumatda 2 770-dən çox şəxsdə koronavirus aşkar edildiyi bildirilib.

Qeyd olunub ki, koronavirusa yoluxanların 1 068-i hərbçidir. Orduda işləyən 285 mülki şəxsdə də COVID-19 testi müsbət nəticələnib. Ümumilikdə 29 aprel tarixinə qədər Rusiya Federasiyasının ordu və hərbi təhsil müəssisələrində 2 775 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.