Uşaqlar arasında koronavirus hallarının SAYI ARTIB
    • 1-05-2020, 17:20
    • 745

Uşaqlar arasında koronavirus hallarının SAYI ARTIB

Rusiyada pandemiya dövründə 2 uşaq koronavirusun qurbanı olub, 11 uşağın vəziyyəti ağırdır.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Nazirlik uşaqlar arasında yoluxma hallarının artdığını açıqlasa da, dəqiq say verməyib.

“Uşaqların yoluxması böyüklərdəki kimi tez-tez olmasa da, bu virus onlar üçün eyni dərəcədə təhlükəlidir”,- açıqlamada bildirilib.

Nazirlik uşaqlarla gəzintiyə çıxmamağı, ictimai yerləri ziyarət etməməyi tövsiyə edib, həmçinin əlavə edib ki, koronavirus simptomsuz insandan da ötürülə bilər.

Qeyd edək ki, rəsmi məlumata görə, Rusiyada indiyədək 114 431 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 13 220 nəfər sağalsa da, 1 169 nəfər pandemiyanın qurbanı olub.

Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir. /Report/