-
- 1-05-2020, 17:42
- 1 124
Narıncı zonalarda karantin daha sərt olmalıdır- OPERATİV QƏRARGAH
"Epidemioliji halın ümumi vəziyyəti rənglərlə müəyyən edilib. Bakı, Sumqayıt, Gəncə, Abşeron zonası narıncı rənglə qeyd edilib".
News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, aktiv yoluixma halları 50- dən çox olan ərazi narıncı rənglə qeyd edilib: "Bu ərazilərdə karantin rejimi daha sərt şəkiıdə tətbiq edilməlidir. Lənkəran da narıncı rəngdə qeyd edilib. Görünür, orda da karantin rejiminə riayət olunmayıb. Ərazinin yaşıl rəngdə göstərilməsi isə koronavirusun tamamilə yox olması deməkdir".
Afaq Mirayiq