Azərbaycanda koronavirusa yoluxmuş uşaqlarla bağlı ən SON MƏLUMAT
    • 6-05-2020, 17:57
    • 813

Azərbaycanda koronavirusa yoluxmuş uşaqlarla bağlı ən SON MƏLUMAT

Koronavirusa yoluxan uşaqlarda hər hansısa ağırlaşma yoxdur. 

News24.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində bildirib. Onun sözlərinə görə, onlar həkim nəzarəti ilə evə buraxılıblar. 

Z.Əliyev narıncı zona elan edilən cənub zonası ilə bağlı danışıb: "Cənub zonasında koronavirusun çox yayılması vətəndaşların İrana səfərləri ilə bağlıdır. Hazırda orda əks epidemik tədbirlər görülür. Gəncəyə də giriş-çıxış çoxdur. O səbəbdən də orda da çox yayılıb".

Afaq Mirayiq