Sumqayıtda xüsusi karantin rejimini pozan sürücülərin SAYI
    • 1-05-2020, 22:31
    • 670

Sumqayıtda xüsusi karantin rejimini pozan sürücülərin SAYI

Sumqayıt şəhərində xüsusi karantin rejimi qaydalarını pozan nəqliyyat vasitəsi sürücülərinin sayı açıqlanıb. 

News24.az xəbər verir ki, xüsusi karantin rejimi tətbiq olunandan bu günədək 1334 nəqliyyat vasitəsi ilə hərəkətdə olan şəxs barəsində inzibati protokol tərtib edilib. 

Hərəkət iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsininin tələblərinə əsasən 100 AZN məbləğində cərimələniblər. 
Qeyd edək ki, Sumqayıtın giriş-çıxışlarında postlar qurulub. Bununla yanaşı, şəhərin daxilində yol polisi əməkdaşları tərəfindən hərəkətdə olan nəqliyyat vasitələri  yoxlanılır.