Kürdəmirdə 1 nəfər HƏBS EDİLDİ
    • 1-05-2020, 23:00
    • 732

Kürdəmirdə 1 nəfər HƏBS EDİLDİ

Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminə əməl edilməsinə nəzarət tədbirləri regionlarda da davam etdirilir.

News24.az xəbər verir ki, bölgələrdə karantin rejiminə əməl etməyən vətəndaşlar barəsində qanuna uyğun tədbirlər görülür.

Qeyd edək ki, təkcə bu gün ərzində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq ediblər, 1 nəfər barəsində isə məhkəmə qərarı ilə inzibati həbs tətbiq olunub.