-
- 18-04-2020, 19:54
- 1 007
Ağdaşda karantin rejimini pozan 27 sakin CƏRİMƏ OLUNDU
Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminə əməl edilməsinə nəzarət respublikamızın regionlarda da gücləndirilib.
Təkcə son bir gün ərzində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini pozan 27 nəfər rayon sakini barəsində cərimə tətbiq edilib.
Polis şöbəsinin əməkdaşları reydlər zamanı vətəndaşları evdən çıxmamağa, karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb. Hazırda Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları xidmətlərini gücləndirilmiş iş rejimində davam etdirir /Report/