Əfsanəvi basketbolçu astronomik məbləği RƏDD ETDİ
    • 2-05-2020, 01:12
    • 894

Əfsanəvi basketbolçu astronomik məbləği RƏDD ETDİ

NBA-nın əfsanəvi basketbolçusu Maykl Cordan bir neçə il əvvəl 100 milyon dollarlıq gəlirdən imtina edib.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri 57 yaşlı sabiq basketbolçunun meneceri Devid Falk deyib.

Menecer bildirib ki, əfsanəvi boksçu bir markanın 2 saatlıq reklam çəkilişi üçün edilən astronomik məbləği rədd edib: "Üç il əvvəl ona 100 milyon dollarlıq bir müqavilə gətirdim. Görəcəyi iş 2 saatlıq çəkiliş olacaqdı, amma imtina etdi".

Qeyd edək ki, Maykl Cordanın sərvəti 1,5 milyard funt-sterlinq dəyərində göstərilir.