Maykl Cekson ən varlı ölmüş məhşur seçilib
    • 1-11-2018, 13:25
    • 1 299

Maykl Cekson ən varlı ölmüş məhşur seçilib

2009-cu ildə vəfat edən müğənni Maykl Cekson ardıcıl olaraq ölmüş ən zəngin məhşurların sıralamasına altıncı dəfə liderlik edir. 

News24.az Forbes-ə istinadən xəbər verir ki, dünya popunun əfsanəvi ulduzunun mədəni mirası ölümündən sonra da gəlir gətirməyə davam edir.

Nəşr heyətinin hesabladığı kimi, Cekson yaradıcılığının "meyvələri" onun vərəsələrinə 12 ay ərzində 400 milyon dollar gətirib. Bu məbləğin əksəriyyəti EMI şirkətində müğənniyə məxsus payın satışından əldə edilən mənfəət olub. Bundan başqa, Sony / ATV adlı rekord şirkəti və "Michael Jackson'ın Halloween" daxil olmaqla, bir sıra televiziya layihələri ilə müqavilənin uzadılması da mənfəətin genişlənməsinə yardım edib.

News24.az