Sabahın havası AÇIQLANDI
    • 2-05-2020, 12:35
    • 742

Sabahın havası AÇIQLANDI

Mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a məlumatına əsasən səhər duman olacaq, şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 12-15, gündüz  19-24, Bakıda gecə 12-14, gündüz  21-23 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.  

Mayın 3-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.