İranda bir gündə 802 nəfər koronavirusa yoluxdu, 65 nəfər vəfat etdi
    • 2-05-2020, 14:36
    • 739

İranda bir gündə 802 nəfər koronavirusa yoluxdu, 65 nəfər vəfat etdi

İranda son bir gündə 65 nəfər koronavirusdan vəfat edib.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Ölkədə bu günədək koronavirusa yoluxaraq vəfat edənlərin sayı 6156 nəfərə çatıb.

Son 24 saatda 802 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da bu günədək İranda koronavirusa yoluxanların ümumi sayı 96448-ə çatıb.

İndiyədək virusa yoluxanlardan 77350 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2787 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.