Bakıda avtomobil qadını VURDU
    • 2-05-2020, 23:08
    • 853

Bakıda avtomobil qadını VURDU

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

A.M.Şərifzadə prospektində avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Əliyeva İradə Əliağa qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.