Meksika hakimiyyəti ölkədə koronavirus üzrə yeni statistikanı AÇIQLADI
    • 3-05-2020, 09:10
    • 755

Meksika hakimiyyəti ölkədə koronavirus üzrə yeni statistikanı AÇIQLADI

Meksika hakimiyyəti ölkədə koronavirus üzrə yeni statistikanı açıqlayıb.

News24.az xəbər verir ki, Meksikada koronavirusdan bir gün ərzində 89 insan ölüb. Bununla da ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı 22 088 nəfəri ötüb.

"Birinci yoluxma halının üzə çıxarılması anından Meksikada SARS-CoV-2 virusuna 22 088 yoluxma qeydə alınıb, 2 061 nəfər ölüb. Xəstələrin əksəriyyətində COVID-19-un sindromları müşahidə edilib", - Meksikanın Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel deyib.

Xatırladaq ki, Meksikada ilk yoluxma 28 fevralda aşkarlanıb.