2 yoluxma faktı QEYDƏ ALINDI
    • 3-05-2020, 09:56
    • 515

2 yoluxma faktı QEYDƏ ALINDI

Ötən gün Çində koronavirusa 2 yoluxma qeydə alınıb.

News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni yoluxmalar Şanxay və Şansi şəhərində aşkarlanıb.

Hazırda Çində toplam olaraq 1 672 nəfər xaricdən gələn vətəndaşda koronavirus xəstəsi var. Xəstələrdən 6-sı ağır vəziyyətdədir, 1 221 insan sağalıb, 451 xəstə müalicə alır. Bildirilib ki, xaricdə yoluxmuş vətəndaşların heç biri ölməyib.

“Dövlət Komitəsinə 31 əyalətdən (rayonlardan, mərkəzi tabeliyindəki şəhərlərdən) koronavirusla bağlı 82 877 nəfərin xəstə olduğu (10 nəfərin vəziyyəti ağırdır), 77 713 nəfərin sağalaraq xəstəxanadan evə buraxılması barədə məlumat daxil olub. Son məlumata görə, 4 633 nəfər ölüb”.