Koronavirus müxtəlif yollarla YAYILIR
    • 3-05-2020, 11:20
    • 845

Koronavirus müxtəlif yollarla YAYILIR

Koronavirus müxtəlif yollarla yayılır.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə niderlandlı alimlər deyiblər. Onların sözlərinə görə, koronavirus bağırsaq hüceyrələrini yoluxdura və içində çoxala bilir, bu səbəbdən də infeksiya yalnız hava damcısı ilə deyil, həm də müxtəlif yollarla yayılır.

Mütəxəssislər koronavirusa tutulan xəstələrin əksəriyyətində ürək bulanması və ishal kimi simptomların göründüyünü, həmçinin xəstələrdən götürülmüş nəcis nümunələrində virus hissəciklərinin aşkarlandığını bildiriblər. Bu da virusun çirkli əllər vasitəsi ilə ötürüldüyünü sübut edib.