Türkiyə ordusu terrorçuları MƏHV ETDİ
    • 3-05-2020, 13:53
    • 793

Türkiyə ordusu terrorçuları MƏHV ETDİ

Türkiyə ordusu PKK-nın 12 terrorçusunu məhv edib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin “Barış bulağı” ərazisində Tel-Abyad məntəqəsinə dünən gecə saatlarında 15-dək PKK/YPG-li terrorçu hücum edib.

TSK-nın hərbi heyəti bölgədə təhlükəsizliyi və sabitliyi pozmağa cəhd edən terrorçulardan 12-ni zərərsizləşdirib.