Bakıda keçmiş məhkumdan tapança götürüldü
    • 4-05-2020, 09:35
    • 657

Bakıda keçmiş məhkumdan tapança götürüldü

Bakı sakinində odlu silah aşkarlanıb.

News24.az-ın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü R. Quliyevdən sandıqcasında 5 patron olan “Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. /APA/