Bakıda keçmiş məhkumdan SİLAH GÖTÜRÜLDÜ
    • 29-01-2020, 12:50
    • 795

Bakıda keçmiş məhkumdan SİLAH GÖTÜRÜLDÜ

Bakıda Şabran sakinində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Z.Məlikovdan “Minta-37” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.