DİQQƏT! Bakının bu yollarında hərəkət MƏHDUDLAŞDIRILDI
    • 4-05-2020, 10:43
    • 663

DİQQƏT! Bakının bu yollarında hərəkət MƏHDUDLAŞDIRILDI

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 4 və 5 may tarixlərində Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır. Bu üzdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.