Ermənistan əhali sayında 30 ildir 3 MİLYONU KEÇƏ BİLMİR
    • 5-05-2020, 16:14
    • 586

Ermənistan əhali sayında 30 ildir 3 MİLYONU KEÇƏ BİLMİR

2011-ci ilin cari siyahıyaalmasına əsasən, Ermənistanın daimi əhalisi 1 yanvar 2020-ci il tarixə 2.959.500 nəfər olub.

News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin məlumatında bildirilib. 

Qeyd edilib ki, 1 yanvar 2020-ci il tarixinə Ermənistan əhalisi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,6 min nəfər azalıb.

Yanvarın 1-nə Ermənistanın şəhər əhalisinin sayı 1 milyon 892 min 100 nəfər, Yerevanda isə 1 milyon 084 min 000 min olub.