-
- 5-05-2020, 17:46
- 708
Xaricdə qalan vətəndaşlarımızla bağlı AÇIQLAMA VERİLDİ - OPERATİV QƏRARGAH
“Xaricdə qalan Azərbaycan vətəndaşların ölkəyə gətirilməsi məsələsi Operativ Qərargahda hər gün müzakirə olunur”.
News24.az-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bifinqində qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, hər həftə Azərbaycana çarter reyslərinin təşkili müzakirə edilir: “Əgər xaricdən gətirilən vətəndaşlarımız arasında koronavirusa yoluxanlar varsa, onlar ayrıca otaqlarda yerləşdirilməlidirlər. Yerlər olmalıdır ki, gələnləri karantinə qəbul edə bilsinlər”.
İbrahim Məmmədov Ukraynada qalan azərbaycanlı tələbələrlin gətirilməsi məsələsinin də müzakirə olunduğunu qeyd edib: "Vətəndaşlarımız bundan əmin ola bilərlər. Ukraynadakı vətəndaşlarımızı gətirmək üçün bir çarter reysi də təşkil olunmalıdır. Bəlkə də artıq çarter reysi təşkil olunub”.
Afaq Mirayiq