Vitse-prezident koronavirusdan ÖLDÜ
    • 5-05-2020, 23:07
    • 953

Vitse-prezident koronavirusdan ÖLDÜ

İspaniyanın “Real” klubunun sabiq vitse-prezidenti Amador Suares koronavirusdan ölüb.

News24.az xəbər verir ki, , bunu Madrid təmsilçisinin rəsmi saytı açıqlayıb.

40 gün bu xəstəliklə mübarizə aparan Suares 76 yaşında dünyasını dəyişib. 2006-cı ildə klubun direktoru təyin olunan funksioner bir il sonra vitse-prezident olub. Suares bu postda 2 il qalıb.

Qeyd edək ki, iki ay əvvəl klubun sabiq prezidenti Lorenso Sans da koronavirusdan ölüb. 1995-2000-ci illərdə kluba rəhbərlik edən bu şəxs də 76 yaşında vəfat edib.