İsveçdə yaşayan Leyla koronaviruslu atası üçün  Türkiyəyə səsləndi, NAZİR TƏYYARƏ GÖNDƏRDİ
    • 26-04-2020, 11:00
    • 1 228

İsveçdə yaşayan Leyla koronaviruslu atası üçün Türkiyəyə səsləndi, NAZİR TƏYYARƏ GÖNDƏRDİ

İsveçdə koronavirus diaqnozu qoyulan Emrullah Gülüşken dəfələrlə xəstəxanaya müraciət etsə də, rədd edilib.

News24.az "Haberler.com"a istinadən xəbər verir ki, bu barədə 47 yaşlı E.Gülüşkenin qızları Samirə və Leyla "Twitter" hesablarında məlumat veriblər. 

Qeyd ediblər ki, atalarına xəstəxanada koronavirus diaqnozu qoyulduqdan sonra evə göndərilib. Türkiyədən kömək istəyən Leyla və Samirə Gülüşkenlərə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca cavab verib. 

O qeyd edib ki, İsveçə təcili yardım təyyarəsi göndərilir:"Sevgili Leyla, səsini eşitdik. Təcili yardım təyyarəmiz saat 06:00-da havaya qalxacaq. İsveçə gəlirik. Bütün Türkiyə, belə bir dövrdə, uzaqda olmanıza üzülür. Atan üçün xəstəxanamız, həkimlərimiz hazırdır.Prezidentimizin, bütün xalqımızın keçmiş olsun arzularını çatdırıram. Sevgilər".