Leyla Şıxlinskaya Klinikasında CİDDİ DƏYİŞİKLİK - EKSKLÜZİV
    • 1-07-2019, 19:01
    • 2 672

Leyla Şıxlinskaya Klinikasında CİDDİ DƏYİŞİKLİK - EKSKLÜZİV

Dəfələrlə qalmaqallarla gündəmə gələn Leyla Şıxlinskaya klinikasının adı dəyişdirilir. 

Etibarlı mənbədən News24.az-a daxil olan məlumata görə, 20 ildir fəaliyyət göstərən klinikanın adının dəyişdirilməsi hazırda gündəm mövzusudur. Əgər adın dəyişdirilməsi ilə bağlı müzakirələr təsdiqlənərsə, o zaman Leyla Şıxlinskaya Klinikası Bakı Mərkəzi Klinikası adlandırılacaq.

Onu da qeyd edək ki, təxminən 6 ay öncə sözügedən klinikası yeni rəhbərlik tərəfindən "LS Referance" adlandırlıb. Lakin baş hərfləri köhnə ada uyğun olduğu üçün rəhbərlik bu adı da dəyişdirmək qərarına gəlib. 

Xatırladaq ki, "Leyla Şıxlinskaya" klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib. "Leyla Şıxlinskaya" klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb.

Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.