Rusiyanın mədəniyyət naziri KORONAVİRUSA YOLUXDU
    • 6-05-2020, 16:53
    • 651

Rusiyanın mədəniyyət naziri KORONAVİRUSA YOLUXDU

Rusiya Mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimovaya koronavirus diaqnozu qoyulub.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə nazirin mətbuat katibi Anna Usaçova məlumat verib. Bildirilib ki, O.Lyubimova evdədir və görüşləri videokonfrans vasitəsi ilə həyata keçirir. Vurğulanıb ki, xəstəlik yüngül formada davam edir, buna görə də nazir xəstəxanaya yerləşdirilməyib.