-
- 8-05-2020, 12:44
- 1 982
SON DƏQİQƏ: DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir - NAZİR MÜAVİNİ SAXLANILDI
Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirilən əməliyyata dair məlumat yayıb.
DTX-nin İctimai əlaqələr şöbəsindən News24.az-a bildirilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, axşam.az saytının məlumatına görə, mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.