-
- 6-05-2020, 17:27
- 1 092
Avtobuslarda arakəsmələr QURAŞDIRILIR - BNA
COVİD-19 virusuna qarşı mübarizə məqsədilə paytaxtın ictimai nəqliyyat sistemində qabaqlayıcı tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, bu çərçivədə avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdıdılmasına başlanılıb. Artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib. Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir.
Həmçinin bildiririk ki, sərnişindaşımalara cəlb edilən 553 avtobusda isrehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır.
Avtobuslarla yanaşı taksi minik avtomobillərində də şəffaf arakəsmələrin quraşdıdılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdıma işləri yekunlaşıb.
Koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn işləri icrası çərçivəsində maska taxılmasını, sosial məsafə saxlanılmasının və piyada gəzməyi təşviq edən maarifləndirici materiallar da hazırlanır. Həmin materiallar əsasən avtobuslarda, dayanacaq pavilyonlarında, nəqliyyat mübadilə mərkəzlərində yerləşdiriləcək.