Avtobusların sayı və intervalı nəzarətdə saxlanılır - BNA
    • 18-05-2020, 19:09
    • 753

Avtobusların sayı və intervalı nəzarətdə saxlanılır - BNA

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatı nəzərə alınaraq gündəlik olaraq xəttə çıxan avtobusların sayı və intervalı nəzarətdə saxlanılır. 

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, səhər və axşam saatlarında sərnişin axını daha çox olan istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə daşımalara əlavə sayda avtobuslar cəlb edilir. Gündəlik olaraq Bakı şəhəri üzrə 1820 ədəd avtobus xəttə buraxılır ki, onun 830 ədədə yaxını ətraf kənd və qəsəbələr istiqamətində hərəkət edir. İlk dəfə olaraq sərnişindaşımalara 20 ədədə yaxın 18 metrlik avtobuslar da buraxılıb. 

Ümumilikdə hazırda xəttə çıxan avtobusların sayı təhsil müəssisələrinin fəaliyyətinin dayandırıldığı yay mövsümü ilə müqayisədə 15 faiz çoxdur. Belə ki, ötən yay mövsümündə ümumi sərnişin tələbatının azalması fonunda gündəlik olaraq xəttə 1600 ədədə yaxın avtobus çıxarılıb.  
Həmçinin, müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılara avtobusların maksimum sayda xəttə çıxarılması və hərəkət intervalının azaldılmasına  dair rəsmi tapşırıq verilib. 

Sosial məsafənin qorunması, maskadan istifadə və COVİD-19 infeksiyasının proflaktiksına dair digər qaydaların təşviqi məqsədi ilə davamlı olaraq maarifləndirmə tətbirləri də həyata keçirirlir. Qısa vaxtda 1400 avtobusda sərnişinlərlə sürücü fiziki təmasını aradan qaldıran arakəsmələr quraşdırlıb. 

Eyni zamanda bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlarda, avtobuslarda eləcə də digər ictimai yerlərdə sosial məsafənin saxlanılması və maska taxılması birbaşa vətəndaşların sosial məsuliyyəti ilə bağlıdır.